Satılır 2 otaqlı köhnə tikili 55 m², Sahil m.
NİZAMİ KÜÇƏSİNDƏ TARİXİ BİNADA SƏRFƏLİ 2 OTAQLI MƏNZİL
.
Bakı şəhərinin mərkəzində, Nizami küçəsində yerləşən, 1904-cü ilə aid İtalyan layihəli binada mənzil satışa təqdim olunur.
3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 55 kv.m-dir.
Qanuni 2 otaqlıdır və orta təmirlidir, yaşayış üçün yararlıdır.
.
Mənzilin xüsusiyyətləri:
• İtalyan layihəli, hündür tavanlı tarixi bina
• Mətbəx koridorda yerləşir və şəxsi istifadədədir
• Sanitar qovşaq hazırda 2 qonşu ilə ortaqdır, lakin geniş koridor (təxminən 5x5 m) sahəsi mənzilə aid olduğundan şəxsi sanitar qovşaq yaratmaq mümkündür
• Koridorda ümumilikdə 3 qonşu mövcuddur
.
Sənəd çıxarışdır (kupça).
Ərazi şəhərin ən prestijli və mərkəzi nöqtələrindən biridir – turistik zona, iaşə obyektləri, mağazalar və bütün infrastruktur addım məsafəsindədir.
Həm yaşayış, həm də kirayə məqsədilə sərfəli seçimdir.
Qiymətdə real alıcı ilə razılaşma mümkündür.
.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı 1% təşkil edir.
















































































































































