İcarəyə verilir 3 otaqlı yeni tikili 175 m², Elmlər Akademiyası m.
Yasamal rayonu, Mirəli Seyidov küçəsi 43 ünvanında, 158 nömrəli məktəbin və Musabekov parkının yaxınlığında 16 mərtəbəli binanın 6-cı mərtəbəsində geniş və komfortlu mənzil kirayə verilir.
Ümumi sahəsi 175 kv.m olan mənzil rəsmi olaraq 4 otaqlı olsa da, funksional şəkildə 3 otağa uyğunlaşdırılmışdır. Mənzil yeni təmirdən çıxıb və bütün lazımi əşyalarla tam təchiz olunub. Şəkillərdən də göründüyü kimi, mənzil işıqlı, səliqəli və yüksək zövqlə dizayn edilib.
Döşəmə keyfiyyətli parketdir. İstilik sistemi kombidir, əlavə olaraq kondisioner də mövcuddur ki, bu da ilin bütün fəsillərində rahat yaşayışı təmin edir.
Bina əlverişli ərazidə yerləşir — ətrafında məktəb, park, mağazalar və digər iaşə obyektləri mövcuddur. Nəqliyyat baxımından da çox rahat mövqedədir.
Qiymət: 1000 AZN (komendant xərci daxil).
Ofis haqqı 30% təşkil edir.



















































































































































