İcarəyə verilir 3 otaqlı yeni tikili 128 m², Ağ şəhər q.
Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində kirayə mənzil!
Ağ Şəhərin prestijli ərazisi olan Mərkəzi Bulvar küçəsində yerləşən yeni tikili binada 3 otaqlı, 128 kv.m sahəsi olan mənzil kirayə verilir. Mənzil 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.
Mənzil yeni təmir olunub və 2 yataq otağı, 1 geniş zal, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Koridor və sanitar qovşaqları isti pol sistemi ilə təchiz olunub.
İstilik sistemi kombidir və mənzildə daimi isti-soyuq su mövcuddur. Hər iki yataq otağı, zal və mətbəx split kondisionerlərlə təmin olunub.
Mətbəxdə soyuducu, qabyuyan və paltaryuyan maşın var. Mənzil işıqlı və yelçəkəndir, gözəl panoraması və 2 balkonu mövcuddur.
Binada müasir lift fəaliyyət göstərir.
💰 Qiymət: 2000 AZN / ay
📍 Ünvan: Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi















































































