Satılır 2 otaqlı köhnə tikili 42 m², Elmlər Akademiyası m.
TƏCİLİ! Elmlər Akademiyasında Möhtəşəm Təmirli Mənzil Satılır!
Şəhərin ən prestijli və mərkəzi nöqtələrindən birində, Elmlər Akademiyası metrosuna cəmi 5 dəqiqəlik piyada məsafədə, "Şokolad Tower" ilə üzbəüz premium binada mənzil təklif edirik!
Mənzilin Özəllikləri:
Keyfiyyətli Təmir: Mənzil şəxsi istifadə üçün ən bahalı və keyfiyyətli materiallarla təmir olunub. Divarlarda zövqlü sədəf boyadan istifadə edilib.
İLK YAŞAYIŞ: Təmirdən sonra mənzildə qətiyyən yaşayış olmayıb. Hər şey yenidir!
İnfrastruktur: Binanın ətrafı tam infrastrukturludur. Yaxınlıqda məktəb, bağça, supermarketlər və bütün növ iaşə obyektləri mövcuddur.
Kommunal: İstilik sistemi kombidir. Qaz, su, işıq daimidir.
Sənədlər Tam Qaydasındadır:
Mənzilin sənədləri satışa tam hazırdır.
Qeydiyyatda (propiskada) kimsə yoxdur. Alqı-satqı günü açarlar yeni sahibinə təhvil veriləcək.
Mənzil 1 otaqdan 2 otaqa duzəlmədir
Xidmət haqqi 1%

























































































































































