Satılır 5 otaqlı həyət evi/bağ evi 180 m², Suraxanı r.
Paket Kupça - İpotekaya yararlı !!!
.
Təcili Satılır – Qaraçuxur qəsəbəsində 2 mərtəbəli həyət evi
Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, Yanar Dağ restoranının arxasında yerləşən 2.2 sot torpaq sahəsində tikilmiş, kupçalı və yaşayışa tam hazır 2 mərtəbəli həyət evi satışa çıxarılıb.
Ev çox əlverişli yerdə yerləşir və tam infrastruktura malikdir. Həyətində maşın saxlamaq mümkündür. Həyətdə əlavə olaraq yay mətbəxi mövcuddur.
Evin planı:
1-ci mərtəbə: Geniş zal, mətbəx, hamam və sanitar qovşaq, köməkçi otaq və uzun koridor.
2-ci mərtəbə: Foye, 4 yataq otağı, sanitar qovşaq, köməkçi otaq və ütü otağı.
Üstünlüklər:
Ev hasara bitişik deyil, həyətin ortasında yerləşir və hər tərəfdən keçid var.
Mərtəbələrarası örtük monolit betondur.
Həyətdə 5 tonluq yeraltı su hovuzu mövcuddur.
Otaqlarda radiator sistemi quraşdırılıb.
Qaz, su və işıq daimidir.
Məktəb və uşaq bağçaları yaxın məsafədədir (ən yaxın məktəb təxminən 150 metr məsafədə yerləşir).
Yaxınlıqda dayanacaq, market və digər zəruri obyektlər var.
Evin əşyalarının təxminən 80%-i qalacaq.
Ətraflı məlumat üçün zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı 1%.



















































































































































