Satılır 4 otaqlı həyət evi/bağ evi 240 m², Şüvəlan q.
Şüvəlan qəsəbəsində, Şüvəlan Parkdan aşağı dəniz yolu istiqamətində, alternatıv yol kimi Vətən restoranının arxasında yerləşən, yolu asfalt olan ərazidə şəxsi tikili 5 sotda təmirsiz bağ evi satışa çıxarılıb. Bağ evinin tikintisi yüksək keyfiyyətli materiallardan istifadə olunaraq monolit betonla inşa edilib. Tikilinin ümumi işlərinin təxminən 80%-i tamamlanıb. Torpaq sahəsinin uzunluğu 35 eni isə 14.
Evdə əsas tikinti və texniki işlər görülüb:
* İsti döşəmə sistemi (isti pol) çəkilib.
* Kafel işləri görülüb.
* Elektrik və santexnik işləri tamamlanıb.
Hazırda yalnız kosmetik təmir işləri qalıb və yeni sahibi evi öz zövqünə uyğun şəkildə tamamlayaraq istifadə edə bilər. Bağ evi 3 yataq otağı, 1 geniş zal, mətbəx və 3 sanitar qovşağından ibarətdir. Bağ evi modern üslubda inşa olunub. Ərazi yaşayış üçün çox əlverişlidir. Ətrafı yaşayış evləri və villalardır. Sakit, rahat və təhlükəsiz məhəllədə yerləşir. Torpağın və bağ evinin çıxarışı (kupçası) var.





















































































































































