




Bakıxanov qəsəbəsində, 11 saylı poliklinikadan 150 metr məsafədə, İcra Hakimiyyətinin arxa küçəsində, villalar olan məhəllədə yerləşən apartman tipli yeni tikili 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzil satışa çıxarılıb. Mənzilin sahəsi 75 kv.m-dir, təmirlidir və white box (ağ mayak) vəziyyətində təhvil verilir. Divar kağızı və laminatdan başqa bütün işlər görülüb. Sanuzeldə bütün işlər tamamlanıb, yalnız aksesuarlar quraşdırılmayıb. Mənzil mansardda yerləşsə də, qanuni mərtəbədir.
Bina yenidir, qısa zamanda yaşayış başlayacaq. Cəmi 6 mənzil mövcuddur, hər birində hazırda təmir işləri aparılır. Binanın 1-ci mərtəbəsi market olacaq. Bina 1 blokludur, blokda son tamamlanma işləri gedir. Mənzilin üst hissəsi yüksək keyfiyyətli izolyasiya olunub: daş yunu, çornıy pol və penaplast tətbiq edilib. Alçipan qeyri-adi üslubda vurulub. Bağlı balkon və 4 ədəd pəncərə mövcuddur.
Hazırda müqavilə və şirkətə məxsus maliyyə arayışı var, kupça veriləcək. Qeyd olunan qiymət yaşayış başlamazdan əvvəl üçün nəzərdə tutulub, yaşayış başlayandan sonra qiymət artacaq. Ciddi şəxslər əlaqə saxlaya bilər. Qiymət: 128.000 AZN.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5985623
80
23 Mart 2026
Növbəti elanlar yüklənir...