İcarəyə verilir 2 otaqlı köhnə tikili 60 m², Yeni Günəşli q.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində, Araz marketin yaxınlığında, Çənli bel restoranın arxasında, 285 saylı məktəbin yanında, 9 mərtəbəli Leninqrad layihəli binanın 9-cu mərtəbəsində 2 otaqlı mənzil kirayəyə verilir.
Mənzil tam təmirli və yaşayış üçün bütün şəraitlə təmin olunub. Hamam və tualet normal şəkildə təmir olunub. Evin hər iki tərəfə baxışı var.
Mənzildə peyk antena, televizor, soyuducu, paltaryuyan maşın, mətbəx mebeli, oturacaq divanı, yataq dəsti, şifoniyer, paltar asılqanı və digər lazımi ləvazimatlar var. Bir sözlə, evə girib birbaşa yaşamaq mümkündür, əlavə heç nəyə ehtiyac yoxdur.
Mənzil yalnız ailəyə verilir. Səliqəli saxlanılması tələb olunur.
Vasitəçilər xahiş olunur narahat etməsin. Əgər vasitəçi tərəfindən narahatlıq olarsa, ödəniş qarşı tərəfdən tələb oluna bilər. Bizdən heç bir ödəniş tələb olunmasın.





















































































































